“Qəbələ” baş məşqçi və köməkçiləri ilə müqavilənin müddətini uzadıb
Tarix: 08-04-2022 13:27 | Bölmə: İdman
“Qəbələ” baş məşqçi və köməkçiləri ilə müqavilənin müddətini uzadıb

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

Əyalət təmsilçisinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, 42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar"da çalışacaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}