Premyer Liqa: "Sabah" və "Neftçi" qalib gəlib
Tarix: 09-04-2022 19:45 | Bölmə: İdman
Premyer Liqa: "Sabah" və "Neftçi" qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Reyting.az
-ın xəbərinə görə, ilk oyun günündə 2 matç keçirilib. "Şamaxı" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib. “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edilən "Şamaxı" yeni adla ilk matçında uduzub - 1:2.

Digər görüşdə "Zirə" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə məğlub olub.

9 aprel (şənbə)

17:00. “Sabah” – “Zirə” - 3:1

Qollar: Zurab Oçiqava, 40 (1:0), Hamidu Keyta 48 (1:1), Coy Lens-Mikels, 58 (2:1), Xulio Sezar Rodrigez, 90+5 (3:1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Bank Respublika Arena

14:00. “Şamaxı” – “Neftçi” - 1:2

Qol: Rəhman Hacıyev, 10 (1:0), Tiaqo Bezerra, 60 (1:1), Ramon Maçado, 72 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Şamaxı şəhər stadionu.

10 aprel (bazar)

18:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Kapital Bank Arena

20:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

ASCO Arena.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}