"Qarabağ" dünya reytinqində iki pillə irəliləyib
Tarix: 10-04-2022 18:52 | Bölmə: İdman
"Qarabağ" dünya reytinqində iki pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytı məlumat yayıb.

300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.

Aktivində 129 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı yerə yüksəliblər. Niderlandın "Vitess", Argentinanın "Veles Sarsfild" və Ekvadorun "LDU Kito" klubları da eyni xala malikdir.

"Ağ-qaralar" isə 81,5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib. Tunisin "Sfaksyen", Kot d İvuarın "ASES Mimozas" və ABŞ-ın "Filadelfiya Yunion" komandalarının da eyni xalı var.

Siyahıya 312 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (288) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.

Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}