Namik Ələskərov: "Qol vurmaqda çətinlik çəkirəm"
Tarix: 11-04-2022 16:45 | Bölmə: İdman
Namik Ələskərov: "Qol vurmaqda çətinlik çəkirəm"

"Son vaxtlar qol vurmaqda çox çətinlik çəkirəm".

Bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"undakı çıxışı barədə danışarkən deyib.

Evdə "Kocaelispor"a 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda yararlana bilmədiyi qol epizodundan söz açan 27 yaşlı yarımmüdafiəçi bunu tələskənliklə əlaqələndirib: "Bir addım öndə olsaydım, daha yaxşı olardı. Bir qol vursam, bəlkə də davamı gələcək. Amma heç cür tilsimi qıra bilmirəm. İnanıram ki, qarşıdakı matçlarda fərqlənərək, komandama kömək edə biləcəyəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}