Çempionlar Liqası: iki komanda yarımfinala yüksəlib, digəri…
Tarix: 13-04-2022 08:22 | Bölmə: İdman
Çempionlar Liqası: iki komanda yarımfinala yüksəlib, digəri…

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Reyting.az
-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Real" "Çelsi"ni bu dəfə evdə qəbul edib. Qarşılaşmanın əsas vaxtı London klubunun 3:1 hesablı qələbəsi ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "Real" iki oyununun nəticəsinə əsasən yarımfinala yüksəlib.

"Bavariya" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Vilyarreal" yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3


Qollar: Maunt, 15 (0:1), Rüdiqer, 51 (0:2), Verner, 75 (0:3), Rodriqo, 80 (1:3), Benzema, 96 (2:3)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qollar: Levandovski, 52 (1:0), Çukvueze, 88 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

13 aprel

23:00. "Atletiko" (İspaniya) - "Mançester Siti" (İngiltərə)


İlk oyun - 0:1

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)


İlk oyun - 3:1.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}