14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verilib
Tarix: 14-04-2022 10:03 | Bölmə: İdman
Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Reyting.az
xəbər verir ki, o, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və tətbiqi ilə məşğul olacaq.

Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda iş təcrübəsinə malik David Kevxişvili olacaq.

Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafına yardımçı olacaq, onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.

Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib