"Qəbələ" ilə "Sumqayıt"ın 42-ci dueli olacaq
Tarix: 14-04-2022 23:09 | Bölmə: İdman
"Qəbələ" ilə "Sumqayıt"ın 42-ci dueli olacaq

Sabah Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.

Reyting.az
xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Bu, komandalar arasında 42-ci duel olacaq. “Qırmızı-qaralar” indiyədək “Sumqayıt”la 41 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda “Qəbələ” böyük üstünlük qazanıb. Aktivində 24 qələbə olan komanda 12 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 65-29. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir.

Premyer Liqa çərçivəsində baş tutan 38 görüşdə 22 dəfə üç xal qazanan “Qəbələ” 11 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 62-28-dir.

Öz meydanında 21-ci dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 14 qələbə qazanıb, 5 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 36 top vuran “Qəbələ” 12 qol buraxıb.

Xatırladaq ki, qarşılaşma aprelin 15-də saat 17:00-da Qəbələ şəhər stadionunda başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}