Avropa Liqası: "Leyptsiq" yarımfinala vəsiqə qazanıb
Tarix: 15-04-2022 00:44 | Bölmə: İdman
Avropa Liqası: "Leyptsiq" yarımfinala vəsiqə qazanıb

UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

Reyting.az
xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniya "Leyptsiq"i adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi.

Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}