14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Oxatma Federasiyasında prezident seçkisi keçirilib
Tarix: 15-04-2022 13:12 | Bölmə: İdman
Oxatma Federasiyasında prezident seçkisi keçirilib

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib.

Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib