AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib
Tarix: 15-04-2022 14:05 | Bölmə: İdman
AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, buna paytaxt təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internet ilə təmin edilməməsi səbəb olub.

Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Qeyd edək ki, "Sabah" - "Zirə" matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan başqa, “Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}