"Sumqayıt" klubu Anatoli Niriyevlə anlaşıb
Tarix: 15-04-2022 14:49 | Bölmə: İdman
"Sumqayıt" klubu Anatoli Niriyevlə anlaşıb

"Sumqayıt" Azərbaycan millisinin futbolçusu Anatoli Niriyevlə anlaşıb.

Reyting.az
xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi artıq 26 yaşlı hücumçunun adını sifariş vərəqəsinə əlavə edib. Forvard yeni komandasında 91 nömrəli formanı geyinəcək.

"Sumqayıt"ın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq oyunçu ilə razılıq əldə olunub: "Hazırda klub və AFFA futbolçunu Bakıya gətirmək üçün çalışır".

Qeyd edək ki, Anatoli Nuriyevin son klubu Ukrayna "Kolos"u olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}