Avropa çempionatı: Azərbaycan boksçusu 1/4 finala çıxıb
Tarix: 15-04-2022 18:28 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycan boksçusu 1/4 finala çıxıb

Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatına qələbə ilə başlayıb.

Federasiyadan verilən məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb. Bu mərhələdə türkiyəli Telet Yağlı (Türkiyə) ilə üz-üzə gələn Babayev 4:0 (30:26, 29:27, 29:27, 28:28, 29:27) hesablı qələbə qazanıb.

O, aprelin 19-da 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə milli üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) isə Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}