İki qarşılaşma: "Real" qalib, "Marsel" məğlub olub
Tarix: 18-04-2022 08:17 | Bölmə: İdman
İki qarşılaşma: "Real" qalib, "Marsel" məğlub olub

"Real" La Liqanın 32-ci turunda "Sevilya"nın qonağı olub.

Reyting.az
xəbər verir ki, Madrid təmsilçisi sözügedən görüşdə hesabda 0:2 geridə olsa da, yekunda əzmkar qələbə qazanıb - 3:2.

"Sevilya" - "Real" - 2:3

Qollar: Rakitiç, 21 (1:0), Lamela, 25 (2:0), Rodriqo, 50 (2:1), Naço, 83 (2:2), Benzema, 90+2 (2:3).

Bu qələbə ilə xalını 75-ə çatdıran Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Barselona" 60 xalla (30 oyun) 2-ci, "Sevilya" eyni xalla 3-cüdür.

Qeyd edək ki, eyni gündə daha bir qarşılaşma olub. PSJ Fransa Liqa 1-də 32-ci tur oyununa çıxıb.

Paris təmsilçisi "Marsel"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

PSJ - "Marsel" - 2:1

Qollar: Neymar, 12 (1:0), Çaleta-Çar, 31 (1:1), Mbappe, 45+4-pen (2:1).

Bu nəticədən sonra xalını 74-ə yüksəldən PSJ turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Marsel" 59 xalla 2-cidir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}