Azərbaycan Premyer Liqasında legioner limiti dəyişir
Tarix: 18-04-2022 15:39 | Bölmə: İdman
Azərbaycan Premyer Liqasında legioner limiti dəyişir

Futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limiti dəyişə bilər.

Bu barədə AFFA Klublar Komitəsinin və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib.

Funksioner bildirib ki, klublar bugünkü iclasda həm elitada, həm də I Divizionda limitlə bağlı təkliflərini veriblər. Onun sözlərinə görə, qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq və klublara məlumat veriləcək.

Rəfiyevin fikrincə, komandaların əksəriyyəti legioner limitində dəyişikliyin tərəfdarıdır: "Nəzərə alsaq ki, hazırda yüksək dəstədə 10 komandanın olacağı ilə bağlı söhbət gedir, klublar limitdə hansısa dəyişikliyin tərəfdarıdır. Amma konkret necə olacağını deyə bilmərəm. Çünki hər klub öz təklifini bildirsə də, bəzi fikirlər üst-üstə düşmədi"/Report.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı) formatındadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}