Azərbaycan Kuboku: yarımfinal oyunlarının vaxtı və hakimləri bəlli olub
Tarix: 19-04-2022 16:40 | Bölmə: İdman
Azərbaycan Kuboku: yarımfinal oyunlarının vaxtı və hakimləri bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının bütün təyinatları müəyyənləşib.

Reyting.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Qarabağ” matçını Kamal Umudlu, “Zirə” – “Neftçi” oyununu isə FIFA referisi Rauf Cabarov idarə edəcək.

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}