14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Avropa çempionatı: Azərbaycan boksçusu gürcüstanlı idmançını məğlub edib
Tarix: 19-04-2022 18:15 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycan boksçusu gürcüstanlı idmançını məğlub edib

Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında keçirilən Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, 48 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.

İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçu ikinci döyüşündə də qələbə qazanıb.

Rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn Babayev yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də yarımfinal qarşılaşmasında irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda Azərbaycanın daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib