"Qaradağ Lökbatan" I Divizionun çempion olub
Tarix: 19-04-2022 18:23 | Bölmə: İdman
"Qaradağ Lökbatan"  I Divizionun çempion olub

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.

Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}