Mahir Emreli "Dinamo" azarkeşləri ilə görüşəcək
Tarix: 20-04-2022 14:58 | Bölmə: İdman
Mahir Emreli "Dinamo" azarkeşləri ilə görüşəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.

"Report" Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, aprelin 26-da - "Dinamo"nun yaranmasının 111-ci ildönümündə baş tutacaq.

Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.

Qeyd edək ki, "Dinamo" bu gün I Liqanın 9-cu turundan təxirə salınmış matçda "Hayduk"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}