Avropa çempionatı: Azərbaycan boksçusu finala yüksəlib
Tarix: 20-04-2022 18:04 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycan boksçusu finala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.

Reyting.az
xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı irlandiyalı Tedi Coysla üz-üzə gəlib. Babayev rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.

Qeyd edək ki, Kənan Babayev aprelin 21-də keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq. O, əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}