15-ə yaxın futbolçu “Mançester Yunayted”i tərk etməyə hazırlaşır
Tarix: 21-04-2022 08:11 | Bölmə: İdman
15-ə yaxın futbolçu “Mançester Yunayted”i tərk etməyə hazırlaşır

“Görünən budur ki, heç kim bu komandada qalmaq fikrində deyil və hamı “Mançester Yunayted”i kütləvi şəkildə tərk etmək istəyir”.

Reyting.az
xəbər verir ki, bunu Britaniya mətbuatı “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinanda istinadla yayıb.

O, komandanın hazırkı nəticələri barədə danışarkən deyib:

“Mənə elə gəlir ki, 15-ə yaxın futbolçu çemodanını yığıb “Mançester Yunayted”i tərk etməyə hazırlaşır. Belə bir şey nə vaxtsa olubmu? Komandanın yeni baş məşqçisi Eynşteyn olmalıdır ki, hər şeyi düzəltsin”.

Qeyd edək ki, hazırda “MY” Premyer Liqada 33 oyundan sonra 6-cı yeri tutur. Komanda ÇL-də mübarizəni isə 1/8 finalda “Atletiko”ya uduzaraq (1:1, 0:1) dayandırıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}