18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
UEFA-nın oyunları Azərbaycanda keçiriləcək
Tarix: 22-04-2022 23:56 | Bölmə: İdman
UEFA-nın oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

AFFA-nın məlumatına görə, Region Liqasında 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Oyunlar 23-29 iyunda olacaq.

Qeyd edək ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}