Zəfər kubokunun qalibi müəyyənləşib
Tarix: 24-04-2022 00:01 | Bölmə: İdman
Zəfər kubokunun qalibi müəyyənləşib

Kişi voleybolçular arasında keçirilən Zəfər kuboku başa çatıb. Reyting.az xəbər verir ki, kubokun qalibi “Neftçi” klubu olub.

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan final matçının qalibi beş setdə müəyyənləşib. Görüş “Neftçi”nin üstünlüyü ilə başlayıb. Pərviz Səmədovun komandası ilk iki setdə 25:23 və 25:22 hesabı ilə qalib gələrək matça üstün başlayıb. 2:0 hesabı ilə məğlub olan “Murov” sonrakı setləri 28:26 və 25:23 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Neftçi” görüşün yekun nəticəsini müəyyənləşdirib – 3:2.

Final matçında rəqbini məğlub edən Pərviz Səmədovun komandası Zəfər kubokunu başı üzərinə qaldırıb. Final matçından sonra 2021/2022 mövsümünün bağlanış mərasimi keçirilib.

Zəfər kuboku
23 aprel


Neftçi - Murov 3:2 (25:23, 25:22, 26:28, 23:25, 15:11).(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}