Cüdoçularımız 3 medal qazanıblar
Tarix: 24-04-2022 00:07 | Bölmə: İdman
Cüdoçularımız 3 medal qazanıblar

Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Reyting.az
bildirir ki, qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar. Həlledici mərhələdə İ. İbrahimov (66 kq) italiyalı rəqibi Leanardo Valeriyanini, Nəriman Mirzəyev (73 kq) isə İtaliyanın digər idmançısı Qabriyele Sullini məğlub ediblər.

Komandamızın üzvü Nazir Talıbov (60 kq) bürünc medal qazanıb. O, üçüncü yer uğrunda mübarizədə niderlandlı Bart Velinqə qalib gəlib.

Azərbaycan iki gün davam edəcək turnirə 10 cüdoçu ilə qatılıb. Avropa kuboku yarışında 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}