18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"Sabah" "Şamaxı"nı böyük hesabla məğlub edib
Tarix: 24-04-2022 20:31 | Bölmə: İdman
"Sabah" "Şamaxı"nı böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Reyting.az
-ın məlumatına görə, "Sabah" klubu "Şamaxı"nı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 11-ci dəqiqədə paytaxt təmsilçisindən Coy-Lens Mikels açıb. 25-ci dəqiqədə Zurab Oçiqava fərqi artırıb. 4 dəqiqə sonra Mikels özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 50-ci dəqiqədə Felipe Santos fərqi azaltsa da, komandası 84-cü dəqiqədə Xulio Sezar Rodrigesin, 5 dəqiqə sonra isə Aleksey İsayevin fərqlənməsinə mane ola bilməyib. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Franko Flores birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə ilə xallarını 35-ə çatdıran "Sabah" turnir cədvəlində "Qəbələ"ni qabaqlayaraq, 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" Qəbələdə eyniadlı komandanı 2:0 hesabı ilə məğlub edib. Tura hazırda davam edən "Səbail" - "Neftçi" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}