18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
UEFA Gənclər Liqasının qalibi müəyyənləşib
Tarix: 25-04-2022 23:05 | Bölmə: İdman
UEFA Gənclər Liqasının qalibi müəyyənləşib

UEFA Gənclər Liqasında bu mövsümün qalibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, final oyununda Avstriya "Zalsburq"un U-19 komandası ilə Portuqaliya "Benfika"sının U-19 komandası qarşılaşıb. Nyon şəhərindəki (İsveçrə) "Kolovray" stadionunda keçirilən oyunda "Benfika U-19" 6:0 hesabı ilə qalib gəlib.

"Zalsburq U-19" - "Benfika U-19" - 0:6

Qollar: Netu, 2, Arauju, 15, 58, 89-pen, Ndur, 53, Semedu, 69.

Beləliklə, "Benfika U-19" UEFA Gənclər Liqasının 2021/2022 mövsümünün qalibi olub.

Xatırladaq ki, UEFA Gənclər Liqasında bu möcsüm ölkəmizi "Qəbələ"nin U-19 komandası təmsil etmişdi. Təmsilçimiz 1-ci turda "Alkmaar"ın (Niderland) U-19 komandasına uduzaraq (0:7, 0:4) turnirdə mübarizəni dayandırmışdı.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}