Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub
Tarix: 26-04-2022 14:10 | Bölmə: İdman
Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda yer alıb.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçular ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

E qrupu

20 may

21:00. Azərbaycan – Kosova

21 may

21:00. Niderland – Azərbaycan

22 may

21:00. Slovakiya – Azərbaycan




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}