Keçmiş futbolçular üzərində yeni araşdırma aparılacaq
Tarix: 27-04-2022 11:03 | Bölmə: İdman
Keçmiş futbolçular üzərində yeni araşdırma aparılacaq

İngiltərədə keçmiş futbolçularda demensiya xəstəliyi ilə bağlı yeni araşdırma aparılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"BrainHope2” layihəsi sabiq oyunçularda xəstəliyin inkişaf riskini azaltmaq yollarının öyrənilməsinə həsr olunub. Bu araşdırma 4 il müddətinə nəzərdə tutulub. Tədqiqatın dəyəri 1,5 milyon avro olacaq. O, doktor Villi Stüartın işi əsasında aparılacaq. Sözügedən həkim əvvəllər də analoji araşdırma aparıb və sonra bunun nəticəsində keçmiş futbolçularda demansdan ölmə riskinin orta göstəricidən 3,5 dəfə çox olduğu öyrənilib.

Araşdırma çərçivəsində yaşı 40-59 arasında olan 120 keçmiş peşəkar futbolçunun sağlamlıq vəziyyəti yoxlanılacaq. Onların beyninin vəziyyəti digər 700 insanın beyninin vəziyyəti ilə müqayisə ediləcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}