Baş məşqçi istefaya göndərilib
Tarix: 28-04-2022 00:32 | Bölmə: İdman
Baş məşqçi istefaya göndərilib

İtaliya A seriyası təmsilçisi "Venesiya"nın baş məşqçisi Paolo Zanetti istefaya göndərilib.

Klubun məlumatına görə, buna səbəb komandanın ölkə çempionatında uğursuz çıxışıdır. "Venesiya"nı A seriyasının qalan 5 oyununa gənclərdən ibarət komandasının baş məşqçisi Anrea Sonçinin çıxaracağı bildirilib.

Xatırladaq ki, Zanetti 2020-ci ildən "Venesiya"nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda A Seriyasına yüksəlmişdi.

Onu da qeyd edək ki, 33 oyundan sonra "Venesiya" 22 xalla turnir cədvəlinin sonuncu-20-ci pilləsində qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}