Azərbaycan kubokunda yarımfinalı FİFA hakimləri idarə edəcək
Tarix: 28-04-2022 12:52 | Bölmə: İdman
Azərbaycan kubokunda yarımfinalı FİFA hakimləri idarə edəcək

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, Peşəkar Futbol Liqasından bildiriblər ki, hər iki oyun FIFA referilərinə tapşırılıb. "Qarabağ" - "Qəbələ" oyununu Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev (ehtiyat hakim) kömək edəcək.

"Neftçi" - "Zirə" oyunu isə Əliyar Ağayevə həvalə olunub. Bu görüşün yan xətt hakimləri Zeynal Zeynalov, Akif Əmirəli olacaq. Ehtiyat hakim isə Rəşad Əhmədovdur.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 29-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}