Mövsümün ən yaxşı futbolçusu müəyyənləşib
Tarix: 29-04-2022 14:56 | Bölmə: İdman
Mövsümün ən yaxşı futbolçusu müəyyənləşib

"Liverpul"un futbolçusu Məhəmməd Salah 2021/2022 mövsümünün ən yaxşı oyunçusu olub. Belə bir qənaətə İngiltərə Futbol Jurnalistləri Assosiasiyası gəlib.

Məlumata görə, misirli hücumçu səsvermədə “Mançester Siti”dən Kevin de Brüyne və “Vest Hem dən Deklan Raysı qabaqlayaraq 48 faiz səs toplayıb .

Xatırladaq ki, Salah 2018-ci ildə bu ada layiq görülüb.

"Çelsi"nin hücumçusu Sem Kerr isə İngiltərədə “İlin ən yaxşı qadın futbolçusu” seçilib.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqanın 31 oyununda 22 qol vurub və 13 qolun ötürməsini verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}