Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub
Tarix: 29-04-2022 21:52 | Bölmə: İdman
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, Ramiz Ramizzadəni Rüstəm Alimi əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}