“Mançester Siti”nin sahibi daha bir futbol klubunu alır
Tarix: 30-04-2022 12:09 | Bölmə: İdman
“Mançester Siti”nin sahibi daha bir futbol klubunu alır

“Mançester Siti” və başqa 12 klubun sahibi “City Football Group” "Palermo"nun (İtaliya) səhmlərinin 80 faizini almağa hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.

“Palermo”nun prezidenti Dario Mirri də bu alış-verişin tərəfdarıdır. Hazırda hər iki tərəf mütəmadi danışıqlar aparır.

Bildirilir ki, tərəflər artıq yaxın müddətdə müqavilə imzalamaq istəyirlər.

Xəbərdə o da qeyd olunub ki, Mirri klubun öz payına düşən hissələrini - səhmlərin 20 faizini satmayacaq. O, İtaliya təmsilçisinin prezidenti vəzifəsini yerinə yetirməkdə davam edəcək. "City Football Group" "Palermo" üçün təxminən 6 milyon avro ödəyəcək.

Xatırladaq ki, konsorsium artıq İngiltərənin "Mançester Siti", Avstraliyanın "Melburn Siti" , Amerikanın "Nyu York Siti", Uruqvay "Montevideo Siti Tork"u da daxil olmaqla dünyanın 12 digər klubuna sahibdir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}