20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionatı: idmançımız qızıl medal qazanıb - Yenilənib
Tarix: 30-04-2022 17:47 | Bölmə: İdman
Avropa çempionatı: idmançımız qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.

***

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.

Məlumata görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.

Heydərov finala gedən yolda Xristovla, Orucov isə təsəlliverici qarşılaşmada Rayku ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər