"Bavariya" Tomas Müllerlə yeni müqavilə imzalayıb
Tarix: 03-05-2022 16:19 | Bölmə: İdman
"Bavariya" Tomas Müllerlə yeni müqavilə imzalayıb

Almaniya "Bavariya"sı futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Reyting.az
xəbər verir ki, 33 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Münhen təmsilçisinin yetirməsi olan təcrübəli forvard indiyədək bu komandanın heyətində 624 oyunda meydana çıxıb. O, 226 qol və 242 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Tomas Müllerin "Bavariya" ilə əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}