16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
"Qarabağ" yenə Azərbaycan çempionu olub
Tarix: 03-05-2022 22:39 | Bölmə: İdman
"Qarabağ" yenə Azərbaycan çempionu olub

"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.

Reyting.az
xəbər verir ki, "Qarabağ"evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib..

Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub