17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Prezident kuboku-2022"nin rəsmi paradı keçirilib
Tarix: 05-05-2022 13:39 | Bölmə: İdman
"Prezident kuboku-2022"nin rəsmi paradı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının rəsmi paradı təşkil edilib.

Reyting.az
xəbər verir ki, saat 10:30-dan etibarən start götürən paradda Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının idmançıları Mingəçevir şəhərində yürüş ediblər.

Onları Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, çaparların xüsusi milli geyimdə Qarabağ atları ilə və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.

Yürüşün sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və “Prezident kuboku” reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}