Amerikalı iş adamı "Çelsi" klubunu alır
Tarix: 07-05-2022 08:35 | Bölmə: İdman
Amerikalı iş adamı "Çelsi" klubunu alır

Amerikalı iş adamı Todd Bouli Londonun "Çelsi" klubunu almaq üçün müqavilə imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, sövdələşmənin məbləği 4 milyard funtdan artıq deyil. Hazıra sənəd hökumətin təsdiqinə göndərilib.

“Los Angeles Dodgers” beysbol klubu və “Los Angeles Lakers” basketbol klubunda pay sahibi olan Bouli hələ martın 9-da rusiyalı milyarder Roman Abramoviçə “Çelsi”ni almaq təklifi edib. Sonradan məlum olub ki, amerikalı iş adamı futbol klubunu almağa əsas namizədlərdən biridir.

Xatırladaq ki, Ukraynadakı vəziyyətə görə rusiyalı iş adamı Roman Abramoviç ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən “Çelsi”ni satmaq qərarı verib.

Martın 10-da İngiltərənin onu sanksiya siyahısına saldığı, iş adamının ölkədəki aktivlərinin dondurulduğu açıqlanıb.(Trend)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}