"Bursaspor" klubu Azərbaycan millisinin futbolçusuna təzminat ödəyəcək
Tarix: 26-05-2022 16:02 | Bölmə: İdman
"Bursaspor" klubu Azərbaycan millisinin futbolçusuna təzminat ödəyəcək

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək.


Məlumata görə, səbəb 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsidir.

Müqaviləyə əsasən, bu halda "timsahlar" Ələskərova müəyyən məbləğdə ödəniş etməlidir. Lakin bunun hansı formada tənzimlənəcəyi tərəflər arasındakı danışıqlardan sonra müəyyənləşəcək/Report.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik sözləşmə imzalayıb. Bursa təmsilçisi II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}