11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunudur
Tarix: 27-05-2022 08:18 | Bölmə: İdman
Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunudur

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək.

Reyting.az
-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.

Azərbaycan kuboku

Final

27 may

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Hakim-inspektor: Frits Ştuxlik

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}