Avropa çempionatı: karateçilərimiz finala çıxıb
Tarix: 27-05-2022 17:54 | Bölmə: İdman
Avropa çempionatı: karateçilərimiz finala çıxıb

Azərbaycanın iki para-karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Reyting.az
xəbər verir ki, gözdən zəif idmançılar kateqoriyasında Nihat Məmmədzadə və Emilia Mitilinova həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bundan əlavə, Eldar Əhmədov bürünc medal uğrunda görüşə çıxacaq. Fərrux Qaybaliyev isə bürünc medal qarşılaşmasında məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}