Qarabağ qazisi Qran-pridə qızıl medal qazanıb
Tarix: 28-05-2022 13:19 | Bölmə: İdman
Qarabağ qazisi Qran-pridə qızıl medal qazanıb

Azərbaycan para-atleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Reyting.az-a verilən məlumata görə, nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Rasim Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}