Çempionlar Liqasının finalındakı iğtişaşlarla bağlı araşdırma aparılacaq
Tarix: 29-05-2022 11:30 | Bölmə: İdman
Çempionlar Liqasının finalındakı iğtişaşlarla bağlı araşdırma aparılacaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalı öncəsi baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib.

“Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”, - press-relizdə deyilir.

Xatırladaq ki, finalda "Real" 1-0 qalib gələrək kuboku qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}