Millətlər Liqası: Polşa Uelsi məğlub edib
Tarix: 01-06-2022 21:54 | Bölmə: İdman
Millətlər Liqası: Polşa Uelsi məğlub edib

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start verilib.

Reyting.az
xəbər verir ki, ilk oyun günündə A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

52-ci dəqiqədə Uelsin futbolçusu Conatan Uilyams hesabı açıb. 72-ci dəqiqədə Yakub Kaminski tarazlığı bərpa edib. 85-ci dəqiqədə Karol Sviderski Polşaya qələbə qazandıran qola imza atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}