20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şahmatçılarımızın biri qalib, digəri məğlub olub
Tarix: 02-06-2022 08:46 | Bölmə: İdman
Şahmatçılarımızın biri qalib, digəri məğlub olub

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Reyting.az
xəbər verir ki, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan 37 yaşlı qrossmeyster rəqibi ilə heç-heçə etsə də, ikinci görüşündə məğlub olub.

Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla sülhə razılaşıb. Buna baxmayaraq təcrübəli şahmatçı ikinci qarşılaşmada Tariyə qalib gəlib.

Hazırda Məmmədyarovun 2.5, Rəcəbovun isə 1.5 xalı var.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat).(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər