20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Canni De Byazi: "Budəfəki Millətlər Liqası fərqli olacaq"
Tarix: 02-06-2022 15:55 | Bölmə: İdman
Canni De Byazi: "Budəfəki Millətlər Liqası fərqli olacaq"

"İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdən fərqli olacaq".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti müəyyənləşdirdiyini bildirib: "Amma indi bunu açıqlaya bilmərəm. Sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.

İtaliyalı baş məşqçi yığmanın Qazaxıstan, Slovakiya və Belarusla birgə yer aldığı C liqasının III qrupu haqqında da danışıb: “Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq.

De Byazi düşündüyü bütün oyunçuları növbəti görüşlər üçün komandaya cəlb etdiyini vurğulayıb: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir".

Baş məşqçi heyətdə itkinin olmadığını sözlərinə əlavə edib: "İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir"/Report.

Qeyd edək ki, iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər