16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan millisi estonlarla qarşılaşacaq
Tarix: 03-06-2022 09:28 | Bölmə: İdman
Azərbaycan millisi estonlarla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.

AVRO-2023, seçmə mərhələ

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert İan Jenkins (Uels)

Parnu. “Parnu Rannastaadion”

Qeyd edək ki, Azərbaycan yığması 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}