20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
AFFA bəzi klub və futbolçuları cəzalandırıb
Tarix: 03-06-2022 13:09 | Bölmə: İdman
AFFA bəzi klub və futbolçuları cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsi bəzi klub və futbolçuları cərimələyib.

Reyting.az
xəbər verir ki, klub və futbolçular aşağıdakı səbəblərə görə cəzalandırılıb:

"Premyer Liqanın XXVIII turunun “Zirə” – “Şamaxı” oyununda “Zirə” klubunun futbolçusu Hamidu Keyta təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);

XXVIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Qarabağ” – “Zirə” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);

“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunur, klub 800 manat cərimə olunur (maddə 75);

“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39)".




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər