14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan millisinin 3 futbolçusu heyətdən kənarlaşdırılıb
Tarix: 03-06-2022 13:50 | Bölmə: İdman
Azərbaycan millisinin 3 futbolçusu heyətdən kənarlaşdırılıb

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.

Məlumata görə, 66 yaşlı mütəxəssis yığmaya dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən çıxarmalı olub.

De Byazi Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmamağı qərara alıb/Report.

Qeyd edək ki, bu gün "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yığma 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}