"Real Madrid" UEFA-dan izahat tələb edib
Tarix: 03-06-2022 15:00 | Bölmə: İdman
"Real Madrid" UEFA-dan izahat tələb edib

İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının final oyunu üçün Fransanın "Stad de Frans" stadionunun seçilmə səbəbini aydınlaşdırması xahişi ilə UEFA-ya müraciət edib.

Məlumata görə, rəsmi açıqlamada matç günü baş verənlər də nəzərə alınmaqla, seçim zamanı hansı meyarların əsas götürüldüyü istənilib.

"Biz azarkeşlərin köməksiz və müdafiəsiz qalmalarına görə məsuliyyəti kimin daşıdığını aydınlaşdırmaq üçün cavab və izahat da xahiş edirik", - deyə bəyanatda vurğulanıb/Report.

Qeyd edək ki, mayın 28-də keçirilmiş qarşılaşmada "Real Madrid" İngiltərə "Liverpul"unu 1:0 hesabı ilə məğlub edib. Tamaşaçılar içəri daxil ola bilmədikləri üçün görüşün startı 36 dəqiqə yubanıb. Polis stadiona girməyə cəhd edən fanatlara qarşı gözyaşardıcı qazdan, toqquşmalar zamanı isə dəyənəklərdən yararlanıb.

Öncədən Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Lakin ölkə futboluna tətbiq edilmiş sanksiyalar üzündən həlledici matç Parisdə baş tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}