Millimizin 3 futbolçusu komandadan qovulub
Tarix: 04-06-2022 14:02 | Bölmə: İdman
Millimizin 3 futbolçusu komandadan qovulub

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AFFA-dan bildiriblər ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}